Küləkli hava şəraitinə görə dənizdə batma hadisələri artır – FHN-dən AÇIQLAMA

Hazırda oxunan: Küləkli hava şəraitinə görə dənizdə batma hadisələri artır – FHN-dən AÇIQLAMA

81493

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində Bakıda və Abşeron yaramadasında küləkli hava şəraiti davam edəcək. Küləyin sürəti bəzən ən təhlükəli həddə çatacağı haqqında da xəbərdarlıq edilib.

Buna baxmayaraq, dəniz sevərlər yenə də çimərliyə üz tuturlar. Sözügedən hal bir çox hallarda bədbəxt hadisələrlə nəticələnir. Son iki gün ərzində isə iki dənizdə boğulma hadisənin şahidi olmuşuq.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidməti şöbəsinin baş məsləhətçisi Pərviz Aslanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, güclü küləkli hava ilə bağlı vətəndaşlara xəbərdarlıq olunub:
 

MÖVZU İLƏ BAĞLI:

FHN-dən əhaliyə XƏBƏRDARLIQ: “Güclü külək var, dənizə girmək təhlükəlidir”


“Vətəndaşlara küləkli hava şəraitində çimərliklərə üz tutmamaları ilə bağlı biz yalnız tövsiyə və xəbərdarlıq edə bilirik, başqa inzibati tədbir görülmür. Ona görə də vətəndaşlara sözügedən hava şəraitində dənizə girməmələrini bir daha tövsiyə və xəbərdarlıq edirik.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”, - deyə qurum rəsmisi bildirib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin