Ölən həkimin əri istintaqa cəlb olundu

Hazırda oxunan: Ölən həkimin əri istintaqa cəlb olundu

81462

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının istintaq orqanı tərəfindən izahatı alınıb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı istintaq orqanı tərəfindən araşdırmalar aparılır.

X.Kəngərlinin həyat yoldaşı istintaqa cəlb edilərək izahatı alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış həkimin ölüm səbəbilə bağlı yeni DETALLAR 


Faktla bağlı istintaq orqanı tərəfindən aparılan araşdırmalar çərçivəsində mərhumun son telefon yazışmaları araşdırılır. Eyni zamanda, onun yaxınlarının izahatları alınır.  

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb. O, Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin