Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etməsi ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, X.Kəngərli əri tərəfindən dəfələrlə şiddətə məruz qalıb.
İddia edilir ki, X.Kəngərli əri tərəfindən işgəncələr nəticəsində bədənində yaranan zorakılıq izlərinin fotolarını çəkib. O, bu fotoları yaxınlarına göndərib.
MÖVZU İLƏ BAĞLI:
İntihar edən ginekoloqun rəfiqəsi hər şeyi açıqladı: "Dünən xəstəxanada..." - VİDEO
Xatırladaq ki, tanınmış ginekoloq-həkim X.Kəngərli dünən saat 18.00-da özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb. O, Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışıb.
Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Eldar Məmmədli, Bizim.Media