Bolqarıstan hökuməti Rusiyanın paytaxt Sofiyadakı səfirliyindən casusluq ittihamı ilə 70 diplomatı ölkədən çıxarmaq qərarı verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Bolqarıstanın istefa verən hökumətinin Baş naziri Kirili Petkov 70 rus diplomatının persona non-qrata elan edildiyini açıqlayıb.
O, sözügedən şəxslərin təyyarə ilə ölkələrinə göndəriləcəyini bildirib.
Rusiya Federasiyası Bolqarıstanda güclü lobbiyə malik olmasına baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rus diplomatını casusluq ittihamı ilə ölkədən xaric edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:51 / 28.06.2022
Bu ölkədən 70 rus diplomatı çıxarıldı - CASUSLUQ...
Hazırda oxunan: Bu ölkədən 70 rus diplomatı çıxarıldı - CASUSLUQ...
Hazırda oxunan: Bu ölkədən 70 rus diplomatı çıxarıldı - CASUSLUQ...
81423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.