Türkiyə, İsveç və Finlandiya razılığa gəldi - Video

Hazırda oxunan: Türkiyə, İsveç və Finlandiya razılığa gəldi - Video

81422

Türkiyə, İsveç və Finlandiya arasında Madriddə keçirilən danışıqlar sona çatıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, danışıqların yekunu olaraq üçtərəfli birgə memorandum imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Baydenlə görüşəcək


Qeyd edək ki, NATO-nun Madrid sammiti çərçivəsində baş tutan görüşdə qurumun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan görüş 2 saat davam edib.

Türkiyə lideri ilə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.

Tərəflər aşağıdakı məsələlərdə razılaşıbar:

· PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

· Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.

· PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

· Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması.

· Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

· Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

· Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.

· PKK və onun qolu və cəbhə təşkilatlarının pul toplama və işə cəlb etmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması.

· Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

· Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla, Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.

· Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin