İƏT nazirlərinin 11-ci konfransında BAKI BƏYANNAMƏSİ - FOTO

Hazırda oxunan: İƏT nazirlərinin 11-ci konfransında BAKI BƏYANNAMƏSİ - FOTO

81396

Bakıda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) turizm nazirlərinin 11-ci konfransı işini başa çatdırıb.

Dövlət Turizm Agentliyindən Bizim.Media-ya bildirilib ki, konfransda turizmin inkişafı üzrə qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.

Qətnamədə azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.
 

MÖVZU İLƏ BAĞLI:

İƏT nümayəndələrindən Azərbaycana səfərin nəticələri ilə bağlı BƏYANAT - FOTO


Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

“Bakı Bəyannaməsi” sənədində qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, İslam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin İslam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb.

Konfransda İƏT üzvlərinin turizm nazirlərinin növbəti 12-ci görüşünün Mərakeş Krallığında keçirilməsi qərarlaşdırılıb.

Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xiva şəhəri İslam Dünyasının paytaxtı seçilib.
Konfransda təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin