Qırğızıstanın sabiq prezidenti və tərəfdarları bəraət aldı

Hazırda oxunan: Qırğızıstanın sabiq prezidenti və tərəfdarları bəraət aldı

81379

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilmədiyi üçün bəraət alıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, qərar paytaxtın Pervomaysk Rayon Məhkəməsi tərəfindən verilib.  

Məhkəmə zamanı dövlət ittihamçısı keçmiş prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, A.Atambayev hazırda həbsdədir. O, əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib. Sabiq ölkə başçısı korrupsiyada ittiham edilirdi. 

Həmçinin cinayət tərkibi olmadığı üçün məhkəmə onun tərəfdarları Fərid Niyazov, Kursan Asanov, Jeniş Moldokmatov, Kanat Saqinbayev və Temirlan Sultanbekova bəraət verib.

5 oktyabr 2020-ci ildə Qırğızıstanda iğtişaşlar başlayıb. Buna səbəb parlament seçkilərinin nəticələrindən narazılıq olub. Respublikada baş verən hadisələr nəticəsində hakimiyyət dəyişib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin