“WhatsApp”la bağlı məsələ ifrat dərəcədə şişirdirilir” - Osman Gündüz

Hazırda oxunan: “WhatsApp”la bağlı məsələ ifrat dərəcədə şişirdirilir” - Osman Gündüz

8135

''Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən “WhatsApp”dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərirlər. Bu platforma ilə bağlı xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq''.

''O resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim datalardan da uzun müddətdir “Facebook” da, digərləri də istifadə edir''.

Bizim.Media xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz cəmiyyətdə “WhatsApp”la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirilməsindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA


O əlavə edib ki, indi də, “WhatsApp” “Facebook”a məxsus olduğundan bu datalardan “WhatsApp“da reklam məqsədilə istifadə olunacaq:

“Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır".

Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil.

"Burada hansısa risklər yoxdur. Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatların bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər".

"Fikrimcə, vətəndaşlarımızın və qeyri-dövlət sektorunun inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı".

"Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan biznes yaratmaq, karyera qurmaq və xidmətlər almaq üçün  maksimum bəhrələnməliyik".

"Bu resusların sahibi xarici vətəndaş olduğundan bizim üçün həmişə risklər var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin