Meymun çiçəyi virusu sürətlə mutasiyaya uğrayır

Hazırda oxunan: Meymun çiçəyi virusu sürətlə mutasiyaya uğrayır

81348

Portuqaliyadakı Dutor Rikardo Xorxe Milli Sağlamlıq İnstitutunun alimləri meymun çiçəyi virusunun düşünüldüyündən daha sürətlə inkişaf etdiyini üzə çıxarıblar.

Bizim.Media “lenta.ru”ya isyinadən xəbər verir ki, “Nature Medicine” jurnalında dərc edilən tapıntılar 15 xəstədən götürülən nümunələrin genetik tədqiqatlarına əsaslanır.

Genetik analiz virusun gözləniləndən 6-12 dəfə yüksək sürətlə mutasiyaya uğradığını göstərib.

Patogenin sürətlə dəyişməsi onun insanlara yoluxmasının yeni sübutudur. Onun insandan insana yoluxduğu güman edilir və ya təmasda olduğun şəxsdən hava damcısı ilə keçir. Tədqiqatçılar qeyd edirlər ki, virus daha çox heyvanlar arasında yayılıb, insan icmalarında isə buna az rast gəlinir.
Meymun çiçəyinin iki əsas növü məlumdur: Qərbi Afrika çiçək xəstəliyi və Konqo hövzəsinin çiçək xəstəliyi. Birincisi, daha az ölümcüldür və Afrikadan kənarda bir neçə min insan bu xəstəliyə yoluxub. Əvvəlki araşdırmalar göstərib ki, meymun çiçəyi kimi viruslar adətən ildə bir və ya iki dəfə mutasiyaya uğrayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin