EKSPERT: “Ermənilər Moskva görüşünün nəticələrini öz xeyirlərinə yozacaqlar”

Hazırda oxunan: EKSPERT: “Ermənilər Moskva görüşünün nəticələrini öz xeyirlərinə yozacaqlar”

8134

“İlkin baxışdan görünən odur ki, tərəflər görüşə hazırlıqlı gəlib. Görüşün gündəliyi konkret məsələlər üzərində qurulub. Həm də konkret mövzuların müzakirəsi nəzərdə tutulub. Eyni zamanda gələcəkdə tərəflərin hansı işlər görəcəyi müəyyənləşdirilir”.

Bu fikirləri Bizim.Media ilə hazırda Moskvada keçirilən üçtərəfli görüş barədə ilk təəssüratlarını bölüşən siyasi ekspert İlqar Vəlizadə səsləndirdi. 

Ekspert üçtərəfli işçi qrupu haqqında da danışdı:

''Hər üç tərəfdən baş nazirlərin müavinləri iştirak edəcək. Bu isə o deməkdir ki, işçi qrupu daha çox iqtisadi və humanitar işlərə nəzarət edəcək. İlk növbədə regionda olan nəqliyyat xətlərinin de-blokadası, dinc əhalinin evlərinə qayıdıb, təhlükəsiz şəraitdə yaşaması ön plandadır''.

''Təhlükəsizlik deyəndə ilk əvvəl sosial-iqtisadi tələbatı ödəmək nəzərdə tutulur. Yəni üçtərəfli işçi qrup formatında siyasi məsələlər haqqında fikir mübadiləsi aparılmayacaq. Baş nazirlərin müavinləri yalnız iqtisadi və humanitar məsələləri müzakirə edəcəklər''.

İlqar Vəlizadə onu da dedi ki, rəsmi açıqlama yayılmadan görüş haqqında başqa nüanslara toxunmaq düzgün olmaz. Çünki ermənilər və onların KİV-ləri müxtəlif spekuliyasiyalarla məşğuldur.

Bunun görüşdən sonra da davam edəcəyini deyən İlqar Vəlizadə fikrini belə yekunlaşdırdı: 

“Ermənilər görüşün nəticələrini öz xeyrinə yoza bilərlər. Ona görə də bu məsələlərə ehtiyatla yanaşmalıyıq. Rəsmi reaksiyalardan çox şey asılıdır”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin