Yolu və səkiləri bərbad qəsəbələrdə smart dayanacaqlar QURAŞDIRILMAYACAQ – RƏSMİ 

Hazırda oxunan: Yolu və səkiləri bərbad qəsəbələrdə smart dayanacaqlar QURAŞDIRILMAYACAQ – RƏSMİ 

81333

“Bakıətrafı qəsəbələrdə smart tipli avtobus dayanacaqlarının  quraşdırılması istəyimiz var. Amma bunun üçün yol infrastrukturu və səkilər normal səviyyədə olmalıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə yaxın 2 il ərzində Bakı şəhərində, ümumilikdə, 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur:

“Ümumiyyətlə smart və ya qeyri smart dayanacaq pavilyonu quraşdırılarkən yol infrastrukturunun vəziyyəti buna imkan verməlidir. Səkilər normal ölçülər çərçivəsində olmalıdır ki, pavilyonun quraşdırılması da mümkün olsun. Əgər zərurət varsa quraşdırıla bilər”. 

Mais Ağayev əlavə edib ki, ilk növbədə müvafiq qurumlarla koordinasiyalı şəkildə iş aparmaqla ərazidə səkilərin bərpası icra ediləcək:

”Daha sonra pavilyonun quraşdırılmasına başlanacaq”. 

Xatırladaq ki, sonuncu belə pavilyon metronun Memar Əcəmi stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi, müşahidə kameraları və monitor quraşdırılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin