Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib.
1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. Mərhum iki uşaq anası idi.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:12 / 28.06.2022
Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO
Hazırda oxunan: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO
Hazırda oxunan: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO
81300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.