Bu bankların əmlakları hərraca çıxarılır

Hazırda oxunan: Bu bankların əmlakları hərraca çıxarılır

81288

İyulun 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin, iyulun 20-də isə "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət "Atabank"a məxsus Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında yerləşən 9 624,7 kv.m-lik qeyri-yaşayış sahəsindən və "Bank Standard"a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında yerləşən 1 034,8 kv.m-lik əmlak kompleksindən gedir. Əmlaklara müvafiq olaraq 20 milyon manat və 730 min manat qiymət qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin