Azərbaycanda QADAĞANDIR – Kiloqramı 8-12 min dollara satılan Xəzər kürüsü xarici bazarlara haradan gedir?

Hazırda oxunan: Azərbaycanda QADAĞANDIR – Kiloqramı 8-12 min dollara satılan Xəzər kürüsü xarici bazarlara haradan gedir?

81282

Dünyanın kürüyə olan ehtiyacının böyük bir hissəsini Azərbaycan ödəyir. Kürü Xəzər dəniz sularında üzən nərəkimilərdən əldə olunur. İndi bu növ balıqların nəsli kəsilmək üzrədir, Xəzər bu səbəbdən ekoloji fəlakətlə üz-üzədir. 

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-a açıqlamasında qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə, nərəkimilərin ovlanması qadağandır.
 

MÖVZU İLƏ BAĞLI:

“Adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” – NİYƏ? 


“Rəsmi olaraq, Azərbaycanda kürü istehsalı da qadağandır. Bu o demək deyil ki, Azərbaycanda kürü istehsal olunmur və ixrac edilmir. Əslində, kürü istehsalı Azərbaycanda brokanerlər tərəfindən qeyri-rəsmi olaraq həyata keçirilir. Nərəkimilər qeyri-qanuni olaraq ovlanır və həmin ovlanmış nərəkimilərdən də əldə olunmuş kürünün 90%-i ixrac olunur. Bu gün kürünün kifayət qədər yüksək qiyməti var, bəzi hallarda Xəzər kürüsünün 1 kiloqramı 8-12 min dollara birjada qalxa bilir”.

Ekspert bildirib ki, bu gün Azərbaycanda çox az adam tapılar ki, 1 kq kürüyə min dollar versin, ölkəmizdə bu məhsula təminatlı tələbat yoxdur:

“Xəzəryanı ölkələrdən yalnız İran nərəkimilərin ovu ilə qanuni məşğul olur. Buna da səbəb odur ki, İran parlamenti Xəzərin statusu ilə bağlı Konvensiyanı təsdiq etməyib. Xəzərin statusu ilə bağlı Konvensiyada göstərilib ki, Xəzərdə nərəkimilərin ovuna qadağa qoymaq lazımdır və hər Xəzəryanı ölkəyə müəyyən miqdarda nərəkimi yetişdirilib Xəzər dənizinə buraxılması nəzərdə tutulub”.

İqtisadçı-ekspert Elçin Bayramlı isə bir məhsul kimi kürünün istifadəsi və əldə edilmsinin əleyhinədir.

“Məsələyə iki tərəfdən baxmaq lazımdır. İlk öncə, kürü ekologiya üçün ağır bir cinayətdir. Kürünün əldə edilməsi yüzlərlə, minlərlə balığın məhvi deməkdir. Balıqların azalması, nəslinin kəsilməsi ekologiyaya təhdiddir. Düzdür, burada iqtisadi qazanc əldə olunur.
Kürünün heç bir qeyri-adi faydalığı yoxdur. Toyuğu, yumurtasını necə yeyiriksə, kürü ilə balıq arasında da fərq odur. Kürü şişirdilmiş formada təbliğ olunan bir məhsuldur. Kürünün qiyməti təxminən 5 manata dəyə bilər. Ən ucuz kilkə belə kürüdən faydalıdır”.

Elçin Bayramlı bildirir ki, Sovet dövründə çoxsaylı balıqartırma zavodları var idi. İndi isə bu məsələyə barmaqarası baxılır. Xəzərdə nərəkimilərin nəsli kəsilmək üzrədir:

“Sadəcə kürü istehlak etmək harınlıq əlamətidir, həm də vəhşilikdir. Onun əvəzinə insanlar fayda götürmək istəyirsə, adi balıq, dəniz yosunları, kələmləri istifadə etsinlər. Kürünün zərrə qədər də üstünlüyü yoxdur. Balığın kilosu 30, kürünün isə 1000 manatdırsa, burada heç bir məntiq görmürəm”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin