Sumqayıt bulvarını bürüyən üfunətin səbəbi nədir?

Hazırda oxunan: Sumqayıt bulvarını bürüyən üfunətin səbəbi nədir?

81280

Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı sosial şəbəkədə görüntü yayılıb. Görüntünü yayanlar iddia edir ki, bu axıntı ətrafa kəskin qoxu yayır.

Məsələ ilə bağlı Bizim.Media “Azərsu” ASC-yə müraciət edib.

Qurumun sözçüsü Anar Cəbrayıllı bildirib ki, “məsələdən xəbərdarıq. Faktla bağlı ərazidə ilkin monitorinqlər aparılıb.

Şəhər ərazisindən nəinki bulvar ərazisinə, ümumiyyətlə Xəzər dənizinə açıq çirkab suları axıdılmır. Çünki, son illər ərzində Sumqayıt şəhərindən tutmuş Sarıqaya ərazisinə qədər sahil boyu açıq axıntıların qarşısı alınıb. O cümlədən, Sumqayıt bulvarı ərazisində koollektor-drenaj şəbəkəsi quarşdırılıb. Deyilən üfunətin və axıntının kanalizasiya şəbəkəsinə aidiyyatı yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimiova isə bildirib ki, “aparılan monitorinqlər nəticəsində sözügedən boru xəttinin qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aid olması müəyyənləşdirilib.
 

Drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb, həmçinin sistemə kənar qoşulmaların mövcudluğunun öyrənilməsi üçün araşdırmalara başlanılıb”.


İ.İbrahimova qeyd edib ki, araşdırma başa çatdıqdan sonra xətdə kənar qoşulmanın olub-olmaması və suyun tərkibi barədə əlavə məlumat veriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin