Tarixçi-alimin vəziyyəti stabil ağır olaraq qalır

Hazırda oxunan: Tarixçi-alimin vəziyyəti stabil ağır olaraq qalır

8127

Xəbər verdiyimiz kmi, tarixçi-alim Dilavər Əzimli Fövqəladə Hallar Nazirliyinin Modul tipli xəstəxanasının reanimasiya şöbəsindədir.

Bunu Bizim.Media-ya tarixçi alimin həyat yoldaşı Arzu Qazıyeva söyləyib.

O, əlavə edib ki, Dilavər Əzimli hazırda ECMO aparatına qoşulu vəziyyətdədir. Durumu ağır-stabil olaraq qalır:

- Həkimlərin nəzarətindədir. Həkimi ilə hər gün əlaqə saxlayıram. Yeni məlumatlar aldıqca ictimaiyyətlə də bölüşəcəm.

Xatırladaq ki, tarixçi-alim Dilavər Əzimli yanvar ayının ilk günlərindən  koronavirus infeksiyasına yoluxub. Dekabr ayının 30-da xəstəxanaya yerləşdirilib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin