Sumqayıtda qadın nəvəsi tərəfindən niyə qətlə yetirilib? – YENİ FAKTLAR  

Hazırda oxunan: Sumqayıtda qadın nəvəsi tərəfindən niyə qətlə yetirilib? – YENİ FAKTLAR  

81253

Sumqayıt şəhərində 84 yaşlı Qənirə Mehdixanlının nəvəsi tərəfindən qətlə yetirilməsi işi ilə bağlı bəzi məqamlar məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, iyunun 25-də saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar - VİDEO 


Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, onu nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyev iplə boğaraq öldürüb.  

Şairə, QHT rəhbəri kimi tanınan Qənirə Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri olub.  

Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedaqoji fəaliyyət göstərib. Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb.  

Məlum olub ki, Nicat Əliyevin anası Azərbaycanda yaşamır. O, Türkiyə vətəndaşı ilə ikinci dəfə ailə qurub və hazırda orada yaşayır. 

Nicat Əliyev də çox vaxt anasının yanında, Türkiyədə olub. Azərbaycana gələndə isə nənəsi ilə birlikdə yaşayıb. Qənirə Mehdixanlı bu ilin martında nəvəsinə böyük nişan məclisi keçirib.  


Bundan başqa, Qənirə Mehdixanlı nəvəsinə bu günlərdə bahalı avtomobil də alıb. Bir sözlə, nənə və nəvə arasında pulla bağlı problem olmayıb. Buna baxmayaraq, Nicat gecəyarısı evdə nənəsini boğaraq öldürüb.  

Nənə ilə nəvə arasında indiyə kimi heç bir münaqişənin olmadığı deyilir. Amma o, qətl hadisəsini törədib. Nicat Əliyev Sumqayıt şəhər Prokurorluğunda dindirilib. Onun hadisəni hansı səbəbdən törətdiyi istintaqın sonunda bəlli olacaq.  

Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

İstintaq davam edir. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin