Mister Bin rolu ilə tanınan britaniyalı aktyor Rouen Atkinson özünün McLaren F1 superkarını 12 milyon dollara satıb. Musavat.com xəbər verir ki, məlumatı "Express" nəşri Londonun "Taylor and Crawley" dilerinə istinadən yayıb. Avtomobil Böyük Britaniya sakininə qismət olub.
Atkinson "McLaren"i 1997-ci ildə 450 funt sterlinqə alıb. O, həmin avtomobillə iki dəfə - 2009 və 2011-ci illərdə qəzaya uğrayıb. Sonun qəzada maşın yoldan çıxıb və dirəyə çırpılıb. Zərbədən sonra alışan superkara ciddi ziyan dəymişdi.
İndidentdən sonra aktyor Böyük Britaniya üçün rekord məbləğdə (910 min funt sterlinq) sığorta ödənişi almış və superkarı təmir etdirmişdi.



































































































