Vətəndaşların 21 min manatını mənimsəyən qadın azadlığa buraxıldı 

Hazırda oxunan: Vətəndaşların 21 min manatını mənimsəyən qadın azadlığa buraxıldı 

80938

Bakının Xəzər rayonunda dələduzluq etməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Günay Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Günay Əkbərova iki nəfərə qarşı dələduzluq edib.

O, zərərçəkmişlərə torpaq sahəsinin şəxsi mülkiyyət hüququ əldə etməsi üçün sənəd alacağına vəd verib. Onlardan 21 min 400 manat alıb. 

İstintaq orqanı tərəfindən G.Əkbərovanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Xəzər rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.  

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində göstərib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyib.  

G.Əkbərova həmçinin qeyd edib ki, himayəsində iki uşaq anası olan qızı var. Onun sözlərinə görə, hazırda qızı üçüncü uşağa hamilədir, ağır hamiləlik keçirir, ona baxan yoxdur. Bütün bunları və yaşlı olmasının nəzərə alınmasını istəyib.  
Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunub.  G.Əkbərovanın barəsində olan cinayət işinə xitam verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin