Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

80878

Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi iyulun 15-də olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə doktoranturaya qəbula start verilir – BU TARİXDƏN 


Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin