Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilməsi ilə bağlı xəbər vermişdik.
“Buta” klinikasının mətbuat katibi Namiq İbadovun Bizim.Media-ya ilə əlaqə saxlayaraq bildirib ki, sosial şəbəkələrdə klinika ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir və klinika hazırda fəaliyyətini davam etdirir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bu klinikanın fəaliyyəti məhdudlaşdırıldı – VİDEO
“Bu gün bəzi mətbuat orqanlarında Buta Klinikasının fəaliyyətinin Fövqaladə Hallar Nazirliyi tərəfindən məhdudlaşdırıldığı qeyd olunub. Qeyd edək ki, mətbuat orqanlarında Buta Klinikasının fəaliyyətinin dayandığı ilə bağlı dərc edilən məlumatlar əsassızdır.
Fövqaladə Hallar Nazirliyi tərəfindən klinikamızda keçirilən yoxlamalar zamanı bəzi nöqsanlar aşkarlansa da, bunların aradan qaldırılması ilə bağlı bizə müvafiq zaman tanılıb. Problemlər həll olunandır və mütəxəsislərin köməyi ilə ən qısa zamanda aradan qaldırılacaq. Buta klinikası hazırda ənənəvi qaydada fəaliyyətini davam etdirir”.
Mətbuat katibi “Buta” klinikasının bağlanması ilə bağlı mətbuatda yazılan məlumatları “qarayaxma kompaniyası” adlandırıb.
Qeyd edək ki, Buta klinikası 15 ildir fəaliyyət göstərir. Klinikanın direktoru uroloq cərrah Araz Bayramovdur.
Bizim.Media