“Plastik əməliyyata ehtiyacım yoxdur. İndi baxırsan cavanlar da əməliyyat etdirir. Heç olmasa onlar etməsin. Heç vaxt əməliyyat etdirməmişəm, heç etdirmərəm də. Eləsəm, mimikam itər. Sənət adamlarının adı çıxıb. Başqaları onlardan çox etdirirlər. Onlarda ürək var. Qüsuru varsa, etsin. Baxıram yaşlı qadındır, ev xanımına oxşayır, o gedib kim üçün bunları edir?”
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Müsəvi qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi müğənnilərin bir-birinin acığına etdirdikləri plastik əməliyyatları tənqid edib.
Musəvi sonra həmkarlarının omba əməliyyatları etdirmələrini məsxərəyə qoyub:
“Baxırsan gözəl xanımdır, müğənnidir, ancaq yanağını necə doldurubsa, gözü itib. Gül kimi gözləri var. Hamısı tülkügöz olublar. Xəstəlikdir deyəsən, bir-birilərinə baxıb gedib əməliyyat etdirirlər. Boyları balaca olan müğənnilər ombalarını böyüdüblər.
Əvvəlki "Kirpi" jurnalındakı karikaturaya oxşayırlar. Çox gülünc görünürlər. Eybəcər və pis görünürsünüz. Boy balaca, omba enli. Əsəbiləşirəm onlara baxanda. Dəhşətə gəlirəm bunlara. Epidemiyadır, guya bununla reytinq qazanırlar?"
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:15 / 24.06.2022
Əməkdar artist həmkarlarının "omba" əməliyyatlarını ələ saldı: "Karikaturaya oxşayırlar" – VİDEO
Hazırda oxunan: Əməkdar artist həmkarlarının "omba" əməliyyatlarını ələ saldı: "Karikaturaya oxşayırlar" – VİDEO
Hazırda oxunan: Əməkdar artist həmkarlarının "omba" əməliyyatlarını ələ saldı: "Karikaturaya oxşayırlar" – VİDEO
80841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.