İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz ediblər. Aksiya Bernin Helvetia Platsa meydanında keçirlib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, aksiyada Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması pislənilib. Mülki vətəndaşların, azyaşlı uşaqların həlak edilməsi terror aktı kimi qiymətləndirilib.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.