Korotçenko: "Putin Paşinyanın "hökmranlığını" genişləndirəcək"

Hazırda oxunan: Korotçenko: "Putin Paşinyanın "hökmranlığını" genişləndirəcək"

8075

İqor Korotçenko hesab edir ki, Rusiya bu mərhələdə Ermənistanın baş naziri olaraq, Nikol Paşinyandan tam razıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "Telegram" kanalında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İqor Korotçenko: "Ermənistan revanşı unutmalıdır"


O, qeyd edib ki, Rusiya Paşinyana Dağlıq Qarabağ və Ermənistanda olan problemləri həll etmədən istefaya getməyə imkan verməyəcək.

"Kobud şəkildə desək, Putin Paşinyanın “hökmranlığını"genişləndirəcək. Çox yüksək çinli bir məmurun dediyi kimi, Paşinyan Ermənistanın Baş naziri vəzifəsindən ayrılmadan əvvəl "badəsini sonuna qədər içməlidir..."",- deyə o, qeyd edib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcək.

Kremlin mətbuat xidmətindən bildirilib ki, danışıqlar çərçivəsində dövlət başçıları 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyannamədəki müddəaların həyata keçirilməsini, bölgədəki mövcud problemlərin həllini və iki dövlət arasında mövcud ola biləcək ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.

Bundan başqa zirvə çərçivəsində Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyanla təkbətək görüşü də gözlənilir. 

Qeyd edək ki, yanvarın 10- da Putin Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və SVR direktoru Sergey Narışkinlə Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı görüş keçirib. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin