“Damla” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də “ağızlarda saqqız” olub.
Bizim.Media xəbər verir ki, sənətçi qatıldığı toy məclislərinin birinə geyindiyi sinə və kürək dekolteli, diz hissəsi isə böyük həcimli mavi bant dekorlu libası sosial şəbəkədə müzakirə predmetinə çevrilib.
Ekstraordinar geyimləri ilə dillərə düşən Damlanın bu libası da izləyicilərin tənqidinə məruz qalıb. Onlar müğənnini “hədiyyə qutusu”na, “hədiyyə paketi”nə bənzədiblər.
Qeyd edək ki, bir neçə həftə əvvəl Damla Naxçıvandakı konsertinə geyindiyi yaxasız pencək və ön plana çıxan daş-qaşlarla bəzədilmiş büstqalterli geyimi izləyicilərin qınağına tuş gəlmişdi.
Rəşad Əliyev, Bizim.Media