170 yaşına varan Çar Rusiyasından qalma meşə park - FOTOLAR

Hazırda oxunan: 170 yaşına varan Çar Rusiyasından qalma meşə park - FOTOLAR

80598

Azərbaycanın ən qədim meşə parkının hansı rayonda yerləşdiyini bilirsiniz? Bu yazını hazırlayanadək barəsində danışacağım park haqda deyərdim ki, çox az məlumatım vardı.

Sadəcə, bu parkı Qusar şəhərində N.Nərimanov adına şəhər mədəniyyət parkı kimi tanıyırdım. Araşdıranda çox maraqlı məlumatlar ortaya çıxdı.

Sən demə, bu park 1853-cü ildə Çar Rusiyası dövründə yaranıbmış. O zaman burada fəaliyyət göstərən rus polku sıx meşəlik olan bu sahədə belə bir park inşa ediblər.

Qusar sakinlərinin də ən çox gəlib dincəldiyi istirahət guşəsi məhz buradır. Tarixi ənənələri olan bu unikal park 3 hektar sahəni əhatə edir. Qiymətli ağacları, hətta nadir quşların məkanı olan N.Nərimanov parkı haqda qusarlıların o qədər xoş, həm də nostalji xatirələri var ki... 
Park sovetlər dönəmində, 1963-cü ildə “Ən yaxşı park” adına layiq görülüb.

Müstəqillik dövründə, 2017-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin balansından alınaraq yerli icra hakimiyyətinin balansına verilib.

Bunu Qusar İh başçısının Qusar şəhəri üzrə nümayəndəsi Nahid Arazov da Bizim.Media-ya təsdiqləyib. Bildirib ki, parkın ərazisində təmizlik, səliqə-səhman işlərinə biz baxırıq. Parkdakı heykəllərə isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları nəzarət edir.

Bu abidələr qurum tərəfindən qorunan abidələr sırasına daxildir.

Reportaj hazırlayan zaman bir müddət parka rəhbərliik etmiş qusarlı müəllim Sənan Xəlilov da tanış olduq. Çox maraqlı bilgilər verəcəyinə söz Verdi.

Onun söhbəti siz oxucularımızı daha mütəəsir edəcəyinə əminik. Odur ki, tezliklə Qusarın 170 yaşına yetişməkdə olan unikal parkından orijinal məlumatlarla qarşınızda olacağıq. Bizi izləməkdə davam edin.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin