Korotçenko Lavrovun Bakı səfəri HAQDA: “Azərbaycan Kreml üçün etibarlı tərəfdaşdır”

Hazırda oxunan: Korotçenko Lavrovun Bakı səfəri HAQDA: “Azərbaycan Kreml üçün etibarlı tərəfdaşdır”

80592

 “Mən açıq şəkildə deyə bilərəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə uğurla və müsbət inkişaf edir. Biz bir-birimizin həm hərəkətlərini, həm də milli mövqelərini aydın başa düşürük. Ona görə də çox vacibdir ki, Azərbaycan prezidenti ilə Rusiya xarici işlər nazirinin Bakıda görüşü zamanı bu məntiqi təsdiqləyən müsbət tezislər səslənsin. Münasibətlərin dərinləşməsi kursu bir daha təsdiqlənəcək. Dünyanın dəyişdiyi bir vaxtda bu, çox vacibdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiaylı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri barədə “Moskva-Bakı”ya müsahibəsində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İqor Korotçenko: “Rusiya erməni separatçılarının Qarabağdan çıxarılmasına təsir göstərməlidir”


Onun sözlərinə görə, Azərbaycan diplomatik səviyyədə çox ehtiyatlı mövqe tutur, bütün sahələrdə strateji tərəfdaş və müttəfiq kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir:

“Biz Azərbaycan və Rusiya tərəfindən qeyri-dost kimi yozulacaq heç bir addım görmürük. Bəzi nüanslar var ki, onlar medianın işi ilə qarşılıqlı əlaqədədir. Amma bu, dövlətin mövqeyi deyil və resursları bloklamaq (söhbət RİA Novosti-dən gedir) üçün ikitərəfli addımlar dövlətlərarası münasibətlərin xarakterinə heç bir təsir göstərməməlidir”.

Politoloq hesab edir ki, Rusiyada sistemli şəkildə Rusiya-Azərbaycan yaxınlaşması və Rusiya-Azərbaycan maraqlarının əleyhinə işləyən qüvvələr var:

“Bu, müəyyən strukturların və qərəzli şəxslərin fəaliyyətidir. Ümumiyyətlə, onların fəaliyyəti Azərbaycanla münasibətlərimizə qlobal təsir göstərmir. Rusiya, onun siyasi rəhbərliyi, Kreml üçün aydındır ki, Azərbaycan etibarlı, proqnozlaşdırıla bilən tərəfdaşdır. Bu, çox vacibdir.

Bu gün Azərbaycanın həm Rusiya üçün, həm də bütövlükdə beynəlxalq aləmdə əhəmiyyəti artır. Rusiya ilə Qərb arasında münaqişə fonunda Xəzər regionunun nəqliyyat və enerji qovşağına çevrilməsi fonunda Bakı ilə münasibətlərin dostluq xarakteri Moskva üçün daha da vacib olur.
Moskva regionun və Azərbaycanın strateji əhəmiyyətini özünün səmərəli, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaşı kimi başa düşür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin