Goranboy rayonunda sel daşqını olub.
Bizim.Media-nın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində və ona bitişik ətraf ərazilərdə baş verib.
Güclü yağış sonradan selə çevrilərək qəsəbənin küçələrini basıb. Nəqliyyatın hərəkətində ciddi problemlər yaşanıb.
Bildirilib ki, sel tikilən bəndlərə düzgün nəzarətin olmamasından baş verib.
Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:
Bizim.Media