“Qarabağla Paşinyan məşğuldur” - Ermənistan prezidenti

Hazırda oxunan: “Qarabağla Paşinyan məşğuldur” - Ermənistan prezidenti

80580

“Biz realist olmalıyıq. Əgər bəyan edirsinizsə, manevr hüququnu (müxalifəti nəzərdə tutur) itirirsiniz, biz siyasət və diplomatiyanı populizmdən, natiqlikdən ayırmağı bacarmalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İctimai Televiziyanın efirində müxalifətin “Arsax”ın (Qarabağdakı qondarma rejim) Azərbaycanın tərkibində ola bilməyəcəyi tezisi ilə razı olub-olmaması sualına cavab verərkən deyib.

“Ölkəmizə cavabdeh olan, danışıqlar prosesində iştirak edən insanları bu imkandan məhrum etməyə ehtiyac yoxdur. Baş nazir bunu açıq deyib. Bunun nəyi pisdir? Hər şey haqqında ictimaiyyətə danışmaq lazım deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nasistlər Paşinyana sülh müqaviləsi bağlamasına maneçilik törədir - “Qraparak”


Şəxsi görüşlərdə ona (Paşinyan nəzərdə tutulur) nəsə demişəm, ancaq bu barədə danışmağa haqqım yoxdur. Sözümün əhəmiyyətini, onu yüksək səslə söyləməyin risklərini başa düşürəm.

Bunu bizim müxalifət də çox gözəl bilir, çünki müxalifətdə də belə vəziyyətə düşənlər var və bu mənada onların davranışı məndə suallar yaradır.

Əgər biz hamımız “Arsax” məsələsini ürəkdən qəbul ediriksə, bu narahatlıq hər birimizin çalışdığı öz sahəsində  görəcəyi işlə ifadə olunmalıdır”, deyə o, suala birbaşa cavab verməkdən yayınıb.
Eyni zamanda prezident Ermənistanda siyasi məhbusların olması fikri ilə də razılaşmayıb.

“Mən “siyasi məhbus”un nə demək olduğunu, kimin siyasi məhbus olduğunu yaxşı bilirəm. İndi bilmirəm, söhbət nədən gedir. Siyasi məhbus kimdir? Ölkədə hansı zülmdən danışırıq?”, - Ermənistan prezidenti bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin