Daha bir erməni təxribatının qarşısı alındı - Rusiyada sərgidə “planları” işləmədi  

Hazırda oxunan: Daha bir erməni təxribatının qarşısı alındı - Rusiyada sərgidə “planları” işləmədi  

80487

“Vesti Nedeli”də yayımlanan reportajdan sonra Rusiyada yaşayan erməni elitasında yeni məyusluq yaşanıb.

Bizim.Media “armmuseum.ru” saytına istinadən xatırladır ki, iyunun 7-də Rusiyanın Dövlət Şərq Muzeyində Qarabağa çoxlu rəsmlər həsr edən erməni rəssam Edmond Petrosyanın sərgisinin açılışı olub.  

Moskva Erməni Muzeyi sərgini “Edmond Petrosyan. Dağlıq Qarabağdan (Belə qurum və belə söz birləşməsi artıq mövcud deyil) sirlər” adlandarıb. Lakin sonradan erməni fəallarının böyük çaşqınlığı ilə onu dəyişdirərək rəssamın vətəni (Qarabağ) qeydini götürüb.  

Üstəlik, sərginin təsvirinin mətnində indi Edmond Petrosyanın yaşayıb işlədiyi şəhərin adı iki variantda göstərilib:  

“Stepanakert” və “Xankəndi”. Sübut edilib ki, rəssam Xankəndində heç vaxt yaşamayıb və işləməyib. Beləliklə, onun saxta tərcümeyi-halı da əsaslı şəkildə dəyişdirilib. 

Erməni Muzeyinin nümayəndələri vəziyyətə aydınlıq gətirmək qərarına gəlib.  

Şərq Muzeyinin direktor müavini, Rusiya Elmlər Akademiyasının professoru, tarix elmləri direktoru İlya Zaytsev “rusarminfo.ru” saytına müsahibəsində mövzu ilə bağlı bunları deyib:  

“İş ondadır ki, dünya ictimaiyyəti və Rusiya Dağlıq Qarabağ ərazisini Azərbaycanın bir hissəsi hesab edir”. Daha sonra o, “Xankəndi” sözünün niyə əlavə edilməsinə aydınlıq gətirib:  

“Çünki bu, Azərbaycan hakimiyyəti tərəfindən tanınan şəhərin rəsmi adıdır”.  

Erməni Muzeyinin nümayəndələrinin Şuşa şəhərinin adının yanında niyə “Şuşi”nin ermənicə variantının olmaması ilə bağlı fikrinə isə Zaytsev birbaşa cavab verməyib və düşünmək üçün vaxt istəyib. Lakin az keçmədən söhbəti nəzakətlə bitirməyi xahiş edib.  

Söhbətin sonunda Şərq Muzeyinin direktor müavini gözəl tabloya heyran olmağı, siyasi problem yaratmamağı məsləhət görüb.  

Sərginin və Xankəndi şəhərinin adının “aydınlaşdırılması” hansı tərəfin (Moskva və ya Bakı) təşəbbüsü ilə baş verdiyinin indi elə də önəmi yoxdur.  

Önəmi olan odur ki, elə həmin günlərdə Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının gündəlik dərc etdiyi xəritələrdə “Stepanakert”in adı yoxa çıxıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin