Xankəndidəki qondarma “parlamentin rəhbəri” Artur Tovmasyanın Parisə səfəri çərçivəsində separatçı qurumun Fransadakı “daimi nümayəndəsi” Ovanes Gevorkyanla görüşməsi erməni mediasında xüsusi maraqla təbliğ olunub. Bu məsələ hələ də, bəzi yerli media orqanlarında müzakirə olunmaqdadır.
Sözügedən məsələyə ilə bağlı Bizim.Media-ya açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, adı çəkilən şəxslərin heç biri Fransada rəsmi şəkildə dövlət nümayəndələri tərəfindən qəbul olunmayıb:
“Özünü separatçıların qondarma nümayəndələri kimi tanıdan şəxslər Fransa paytaxtı Parisdə öz aralarında görüşlər keçiriblər və əgər onlar Fransa rəsmiləri tərəfindən qəbul edilsə, bu zaman Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən baş verənlərlə bağlı Fransaya müraciət ünvanlanılacaq və həmçinin bu barədə media orqanlarına da məlumat veriləcək”.
XİN sözcüsü onu da vurğulayıb ki, separatçıların Fransadakı davranışları Azərbaycanın Fransadakı səfirliyinin diqqətindədir:
“Qeyd edim ki, Azərbaycanın Fransadakı səfirliyi bu tip məsələləri xüsusilə diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyü, eləcə də milli və mənəvi dəyərlərimiz əleyhinə baş verən hadisələrlə bağlı səfirlik tərəfindən dərhal addımlar atılır”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:41 / 22.06.2022
XİN-dən ÖZƏL AÇIQLAMA: “Fransadakı səfirliyimiz ermənilərin bütün hərəkətlərini diqqətdə saxlayır”
Hazırda oxunan: XİN-dən ÖZƏL AÇIQLAMA: “Fransadakı səfirliyimiz ermənilərin bütün hərəkətlərini diqqətdə saxlayır”
Hazırda oxunan: XİN-dən ÖZƏL AÇIQLAMA: “Fransadakı səfirliyimiz ermənilərin bütün hərəkətlərini diqqətdə saxlayır”
80461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.