“Dövlət Sosial Müdafiə Fondunun xərclərində proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclərdə olacaq. Bu da ilkin təsdiq edilmiş məbləğdən 298,2 milyon manat, yaxud 5,8% çox olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edən deputat əlavə edib ki, artımı nəzərdə tutulan vəsait Prezidentin əmək pensiyaçılarının müavinətlərinin artırılması ilə bağlı sərəncamlarının icrasına uyğun olaraq pensiyaçılara ödənilən maddi yardımın ödənilməsinə yönləndiriləcək:
“Xərclərin artımın digər istiqaməti DOST xidmətinin xərclərinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcək”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 22.06.2022
“Pensiyaçılara ödənilən vəsaitin həcmi artırılacaq” – Musa Quliyev
Hazırda oxunan: “Pensiyaçılara ödənilən vəsaitin həcmi artırılacaq” – Musa Quliyev
Hazırda oxunan: “Pensiyaçılara ödənilən vəsaitin həcmi artırılacaq” – Musa Quliyev
80413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.