“Bu ilin birinci rübündə ilk dəfə olaraq qaz ixracından gələn gəlir neft gəlirlərinə yaxınlaşıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
“Dövlət büdcəsinin gəlirləri proqnozdan 1,2 milyard manat və ya 10,8% daha çox yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri isə proqnozdan 70 milyon manat daha çox icra edilib.
Sadalananlar 2022-ci il üçün dövlət büdcəsində dəyişikliklərin olmasını zəruri edib. Təqdim edilmiş layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif olunur”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:23 / 22.06.2022
Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT
Hazırda oxunan: Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT
Hazırda oxunan: Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT
80403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.