Azərbaycanla Özbəkistan arasında daha bir ANLAŞMA: Media sahəsində – FOTO 

Hazırda oxunan: Azərbaycanla Özbəkistan arasında daha bir ANLAŞMA: Media sahəsində – FOTO 

80402

Xəbər verdiyimiz kimi, dünən Daşkənddə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. Bunların arasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də yer alıb.

Bizim.Media xatırladır ki, Anlaşma Memorandumuna Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imza atıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin