Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində Altun şadlıq sarayında keçirilən toy mərasimində dava olub.
Mingəçevirdə şadlıq sarayında baş vermiş xoşagəlməz olayla bağlı DİN Mətbuat Xidməti Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Bizim.Media-nın sualına aydınlıq gətirib:
"Toy məclisində birinə kəsici alətlə yüngül xəsarət yetirməklə məclisdə münaqişəyə yol açan və hadisəni törətməkdə şübhəli bilinən şəxs şəhər polis əməkdaşları tərəfindən saxlanılaraq təhqiqat qrupuna təhvil verilib".
***
Mingəçevir şəhərində Altun şadlıq sarayında keçirilən toy mərasimində dava olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Samux küçəsində yerləşən Altun şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Toyda Laçınım mahnısının ifaçılar tərəfindən yarımçıq saxlanılması münaqişəyə səbəb olub.
Toyda sərxoş vəziyyətdə olan iştirakçılardan biri ifaçıları söyüşlə təhqir edib. Nəticədə mübahisə və münaqişə yaranıb. Musiqiçilərdən biri - saz ifaçısı əl nayihəsindən kəsici alətlə kəsilmiş-deşilmiş yara xəsarətləri alıb.
Sonra şadlıq sarayı ərazisinə iki avtomobildə müxtəlif kəsici alətlərlə yaralı ifaçının yaxın adamları yetişib. Davanı məclis iştirakçıları yatırmağa çalışıb.
Polisin çevik hadisə yerinə yetişməsi bəzi hadisə işrirakçılarını qaçmağa vadar etsə də, polis əməkdaşları yollarını kəsərək onları saxlayıb. Toy sahibi də daxil olmaqla, münaqişə iştirakçıları polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov, Bizim.Media Mərkəzi, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 22.06.2022
Mingəçevirdə toyda düşən dava ilə bağlı araşdırma başladı - YENİLƏNİB
Hazırda oxunan: Mingəçevirdə toyda düşən dava ilə bağlı araşdırma başladı - YENİLƏNİB
Hazırda oxunan: Mingəçevirdə toyda düşən dava ilə bağlı araşdırma başladı - YENİLƏNİB
80380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.