“Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən Səfər Mehdiyev sözünə əməl edəcəkmi? - AÇIQLAMA

Hazırda oxunan: “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən Səfər Mehdiyev sözünə əməl edəcəkmi? - AÇIQLAMA

80325

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyətinin təftiş olunması ölkə gündəmini zəbt edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində DGK-nin bir sıra yüksək çinli məmurunun saxlanıldığı iddia olunur.

Mediada ard-arda yayılan məlumatlardan da görünür ki, Dövlət Gömrük Komitəsinin bir sıra şəxslərinin istefa verməsini şərtləndirən faktoloji məqam yetişib. Belə ki, yaxın keçmişdə Səfər Mehdiyev açıqlamalarından birində “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyə bildirmişdi. 

Maraqlıdır, Səfər Mehdiyevin də timsalında Dövlət Gömrük Komitəsinin aqibəti necə olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

DTX-nın istintaqa cəlb etdiyi gömrük generalı Kənan Məmmədov haqda İLGİNC DETALLAR – ARAŞDIRMA 


İqtisadçı alim Nazim Bəydəmirli isə hesab edir ki, Gömrük Komitəsi ləğv olunmalıdır:

“Kiminsə dəyişməsi, rəhbər qoyulması və ya Səfər Mehdiyevin çıxarılması heç nəyi dəyişməyəcək. Köklü islahatlara ehtiyac var. Gömrük Kömitəsi deyilən qurum bütün ölkələrdəkinin əksinə olaraq Azərbaycanda mərkəzi icra orqanı sayılır. Halbuki bütün dünyada bu gömrük xidmətidir və xidmət etmək üçün nəzərdə tutulub. O müxtəlif fiskal orqanların tabeliçiliyindədir. 

Fikrimcə, onun funksiyaları gömrük xidməti kimi İqtisadiyyat Nazirliyinin tabeliyində olan Vergi Xidmətinin yanında olmalıdır”.

Millət vəkili Razı Nurullayev isə açıqlamasında hər bir dövlət qurumunda nöqsanların olmasının mümkünlüyünü qeyd edib:

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev doğurdan da belə bir cümlə işlətmişdi. Bu fikri o vaxt da, indi də daha çox məcazi mənada qəbul edirəm. Yəni mümkün deyil ki, hansısa qurum yüz faiz şəffaf işləyə bilsin.
 

MÖVZU İLƏ BAĞLI:

DTX-nin saxladığı gömrük generalının BİZNES ŞƏBƏKƏSİ – ARAŞDIRMA  


Orada mütləq bir nəfər tapılacaq ki, o, hanısısa qeyri-qanuni əmələ yol versin. Hazırda Dövlət Gömrük Komitəsində keçirilən həbslərlə bağlı heç nə bilmədiyim üçün ona münasibət bildirmək də etik olmaz. Ümumilikdə, bu şəkildə həbslərin keçirilməsi ondan xəbər verir ki, Cənab Prezident korrupsiya və rüşvətxorluqla mübarizə məsələsində qətiyyətli və davamlıdır. Dövlət qurumları fəaliyyətində daha çox şəffaflığın əldə olunmasına addım atsalar, öz xeyirlərinədir”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsində keçirilən xüsusi əməliyyat tədbirləri davam edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin