Arvadını qətlə yetirən şəxsə 15 il HƏBS CƏZASI

Hazırda oxunan: Arvadını qətlə yetirən şəxsə 15 il HƏBS CƏZASI

80324

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Füzuli Qarayev verilmiş maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin