Lüks həyat tərzi sürən türk sənət musiqisinin divası Bülent Ersoyun yaxın dostu və meneceri Fevzi Siverek müğənninin tikiləcək məzarı ilə bağlı verdiyi açıqlama gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, menecer sənətkarın məzarının dərin qazılması ilə əlaqədar liftin tikilməsi üçün 1,5 milyon lirə (təxminən 147300 manat) xərclənəcəyini söyləyib.
Ersoyun “Al Sana Haber” proqramına açıqlama verən köməkçisi Fevzi Siverek məsələyə belə reaksiya verib.
“Dinimizə görə normal yaşayan bir insana dəfn yeri tutmaq yaxşı bir iş deyil. Bildiyiniz kimi, Türkiyədə bir ənənə var. 4-5 nəfərlik ailə qəbiristanlığı alınır. Bülent Ersoy atasının dəfni zamanı daxili işlər naziri Süleyman Soyluya müraciət edərək deyib ki, “mən bura necə yerləşəcəm?”. Nazir də “nə lazımdırsa edəcəyik” cavabını verib.
Sonra Zincirlikuyudan Bülent xanım üçün dəfn yeri aldıq. O dayaz olduğundan bunu bir az da dərinləşdirəcəyik, həm də məzara lift düzəldəcəyik.
Dinimiz çox təmtəraqlılığa yol vermir, hər şey sadə olmalıdır. Düzdür, insan nə vaxt öləcəyini bilmir. Məndən əvvəl rəhmətə getsə, belə bir layihəmiz var. Təbii ki, həm dostum, həm də 27 illik ailəm olan Bülent Ersoyu dəfn etmək istəmirəm. Bizdən əvvəl ölsə, 3 nəfərlik dəfn yeri artıq hazırdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:49 / 21.06.2022
Bülent Ersoyun qəbrində lift olacaq - VİDEO
Hazırda oxunan: Bülent Ersoyun qəbrində lift olacaq - VİDEO
Hazırda oxunan: Bülent Ersoyun qəbrində lift olacaq - VİDEO
80279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.