İranda “MOSSAD”a işləyən bir neçə agent həbs edilib.
Bizim.Media xəbər verir ki, bu fikirləri İranın Sistan-Bəluçistan əyalətinin prokuroru Mehdi Şəmsabadi mətbuata açıqlamasında deyib.
O, tutulanların 8 ay boyunca izlənildiklərini və İranın nüvə alimlərinə sui-qəsd etməyi planlaşdırdıqlarını vurğulayıb.
Prokuror İsrailə casusluq etdikləri iddia olunan şəxslərin sayı və kimliyi barədə heç bir açıqlama verməyib. Lakin onların müxtəlif əyalətlərdə həbs olunduqlarını və barələrində cinayət işi açıldığını bildirib.
Bundan bir müddət öncə aprel ayının sonlarında SEPAH-a yaxın “Fars” xəbər agentliyi İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT) istinadən Sistan və Bəluçistan əyalətində İsrailin xeyrinə casusluq edən 3 nəfərin həbs olunduğunu yazmışdı.
Xatırladaq ki, xüsusilə son illər Sistan və Bəluçistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.
İranın təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdüyü iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.
İnsan haqları təşkilatları və bəluç fəallar bu ittihamları əsassız hesab edirlər. Bunu İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrini cavabsız qoymadıqlarını təlqin etməyə cəhdi kimi dəyərləndirirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
15:18 / 21.06.2022
İranda MOSSAD agentləri həbs edildi - Prokurordan AÇIQLAMA
Hazırda oxunan: İranda MOSSAD agentləri həbs edildi - Prokurordan AÇIQLAMA
Hazırda oxunan: İranda MOSSAD agentləri həbs edildi - Prokurordan AÇIQLAMA
80272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.