İran prezidentinin bu çıxışı tibb işçilərinin ETİRAZI ilə qarşılandı 

Hazırda oxunan: İran prezidentinin bu çıxışı tibb işçilərinin ETİRAZI ilə qarşılandı 

80261

İran prezidenti İbrahim Rəisinin son çıxışlarından birində dediyi sözlər tibb işçilərinin kəskin tənqid və etirazları ilə qarşılanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Belə ki, Rəisi çıxışı zamanı deyib: "Gilan Tibb Universitetinin rektoru mənə dedi ki, könüllü Bəsic, cihad və inqilabçı qüvvələr pandemiya dövründə xəstəxanalara gələrək, həkim və tibb bacılarına xalqa necə xidmət göstərilməli olduğunu öyrədiblər".
İran prezidentinin bu sözləri ölkədə tibb sahəsinə canını qoymuş bir sıra mütəxəssisləri özündən çıxarıb.

Misal olaraq, bu yaxnlarda Böyük Tehran vilayətinin Səhiyyət Sistemi Təşkilatının sədri Seyid Muəyyed Ələvian İbrahim Rəisiyə xitabən onu məsuliyyətsiz çıxışına görə səhiyyə işçilərindən üzr istəməyə çağırıb.

Ələvian, habelə bildirib ki, Rəisi qısa vaxtda səhvini düzəldib, səhiyyə işçilərindən üzr istəməsə, onun bu sözləri tarixə yazılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin