“Forbes” jurnalı zəngin insanların siyahısını dərc edib.
Bizim.Media xəbər verir ki, siyahıya 59,6 milyard dollarla Çarlz və Culiya Kox başçılıq edir.
Üçüncü, dördüncü və beşinci yerləri ən böyük pərakəndə satış şəbəkəsi “Wallmart”da 13% payın varisləri tutur - Con, Elis və Rob Uoldmanlar.
Onluğun altıncı sırasında Amazonun qurucusunun keçmiş həyat yoldaşıdır. Onun sərvəti 30,7 milyard dollardır.
Yeddinci yerdə Franklin Marsın nəvələridir. Babalarından miras qalan 29,7 və 25,1 milyard dollar sərvət isə Con və Jaklinindir.
Doqquzuncu yeri 25,1 milyard dollar dəyərində “Las Vegas Sands”in 52% payına sahib olan dul qadın Miriam Adelson tutur.
“Estée Lauder”in 20% payı şəklində 20,7 milyard dollar mirasa sahib Leonard Lauder ilk onluğu tamamlayır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:33 / 21.06.2022
Zənginlərin SİYAHISI açıqlandı - “Forbes”də
Hazırda oxunan: Zənginlərin SİYAHISI açıqlandı - “Forbes”də
Hazırda oxunan: Zənginlərin SİYAHISI açıqlandı - “Forbes”də
80255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.