“Qarabağ” mövzusunda ssenari müsabiqəsinin vaxtı uzadıldı

Hazırda oxunan: “Qarabağ” mövzusunda ssenari müsabiqəsinin vaxtı uzadıldı

80246

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin sənədlərin qəbulu mərhələsinin müddəti uzadıldıb.

Bu barədə Bizim.Media-ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirillib ki, reqlamentə əsasən iyun ayının 30-da layihələrin qəbulu başa çatmalı idi. Çoxsaylı müraciətləri nəzərə alaraq müsabiqənin sənəd qəbulu mərhələsinin iyul ayının 15-ə qədər uzadılmasına qərar verilib.
Sənədlərin qəbulu elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək.

Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin