Paşinyan 2 qadın deputatı İstanbula göndərdi

Hazırda oxunan: Paşinyan 2 qadın deputatı İstanbula göndərdi

80233

Ermənistan parlamentinin Nikol Paşinyana məxsus “Vətəndaş müqaviləsi” fraksiyasından olan qadın deputatlar - Asmik Akopyan və Çovinar Vardanyan Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün İstanbula gediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya parlamentin saytında dərc olunub.

Mənbə yazır ki, deputatlar iyunun 19-da Türkiyəyə gediblər, ayın 22-də geri qayıdacaqlar.

Parlament Aparatının Xarici Əlaqələr Departamentinin Beynəlxalq təşkilatlar şöbəsinin baş mütəxəssisi Zabela Kazaryan da onlarla birlikdə İstanbula yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin