Bu sovet lideri Ginnesin “Rekordlar kitabı”na niyə düşmüşdü? – Tarixi FAKTLAR

Hazırda oxunan: Bu sovet lideri Ginnesin “Rekordlar kitabı”na niyə düşmüşdü? – Tarixi FAKTLAR

80230

Dünya tarixində 70 il mövcud olan SSRİ adlı dövlətin maraqlı qayda-qanunları olduğu kimi, maraqlı liderləri də olub. Təsadüfi deyil ki, SSRİ-nin dağılmasından 30 il keçməsinə baxmayaraq Sovet liderləri indi də xatırlanır, onların hobbi və aludəçilikləri barədə söhbətlər açılır.

Sovetlər dövlətinə başçılıq edən və bu müddətdə yaddaşlarda ancaq hərəkətləri və hobbiləri ilə qalan lider Leonid Brejnev olub.

Bu adam hətta Ginnesin “Rekordlar kitabı”na düşmək fürsəti də qazanıb. Bilirsiniz nəyi ilə? Təbii ki, saysız hesabsız orden, medal və digər mükafatlarıyla.

Sən demə, Leonid İliç hələ də dünya tarixində ən çox mükafat alan şəxs olaraq qalır. Bəli, bəli, Sovet liderinin aldığı orden və medalların sayına görə tarixdə onun tayı-bərabəri yoxdur.
Bizim.Media Rusiya KİV-lərinə istinadən Brejnevin orden və medallaryla bağlı maraqlı faktları təqdim edir. “Brejnevin orden və medalları: miflər və həqiqətlər” adlı bu yazıda Leonid İliçlə bağlı 8 əsas məqam yer alıb. 

1. Brejnev dəfn olunanda onun orden və medallarını 44 zabit aparıb. Mükafatların ümumi sayı isə 200-ü keçib.

2. Leonid İliç SSRİ-nin vur-tut bir ordeni ilə təltif olunmayıb. Bu, «Qəhrəman Ana» ordenidir.

3. Onun ordenlərinin çəkisi 6 kiloqramdan çox idi.

4. O, 8 dəfə “Lenin ordeni” ilə təltif olunmuşdu ki, SSRİ tarixində hətta Stalin belə buna cəsarət etməmişdi.

5. «Polşa Qəhrəmanı”. Bu ordenlə isə ondan başqa heç kim təltif edilməyib.

6. SSRİ tarixində 4 dəfə Sovet İttiafqı Qəhrəmanı adı alan iki nəfərdən biri Brejnev, digəri isə Jukov idi. Amma Jukov bu fəxri adları məhz 3-nü Böyük Vətən müharibəsində alıb. Brejnev isə bu ada 1966, 1976-77 və 1981-ci illərdə sahib çıxıb. Yəni dinc dövrdə. Bundan başqa o, 3 dəfə də Sosialist Əməyi Qəhrəmanı adını alıb.

7. Bu mükafatların böyük əksəriyyətini o, özü-özünə vermişdi.

8. Hər adgünündə Brejnevə mütləq hansısa orden verilməliydi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin