Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tehrana səfəri çərçivəsində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Mehdi İmanpur ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Anar Kərimov iki ölkə arasındakı qarşlıqlı əlaqələrdən danışıb.
Bildirib ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat bağlantılarının yaradılması əməkdaşlıq əlaqələrimizin inkişafını göstərir:
“Bununla yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsinə ehtiyac var. Mədəni əlaqələrin inkişafında mədəniyyət mərkəzlərinin fəaliyyətinin böyük əhəmiyyəti var. Azərbaycanda İranın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qarşılıqlı olaraq Tehranda da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayacaq”.
Nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad olunması ilə yanaşı, 132 kilometrlik Azərbaycan-İran sərhədi də azad olundu ki, bu da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin əhatəli olacağına imkan yaradıb.
Məhəmməd Mehdi İmanpur Azərbaycanın mədəniyyət nazirini İranda görməkdən məmnun olduğunu bildirib.
Qeyd edib ki, Azərbaycanın Tehranda Mədəniyyət Mərkəzi açmaq istəyini dəstəkləyir.
İran Azərbaycanla mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Şuşa şəhəri ilə İranın şəhərlərinin biri arasında qardaşlıq münasibətlərinin qurulmasını təklif edən Məhəmməd Mehdi İmanpur bildirib ki, Qarabağın işğaldan azad olunması İranda sevinclə qarşılanıb.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:53 / 21.06.2022
Şuşa ilə İranın tarixi şəhərlərindən biri qardaşlaşacaq – TƏKLİF - FOTO
Hazırda oxunan: Şuşa ilə İranın tarixi şəhərlərindən biri qardaşlaşacaq – TƏKLİF - FOTO
Hazırda oxunan: Şuşa ilə İranın tarixi şəhərlərindən biri qardaşlaşacaq – TƏKLİF - FOTO
80213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.