Azərbaycan bu ölkələrlə mina probleminin həllilə bağlı danışıqlar aparacaq

Hazırda oxunan: Azərbaycan bu ölkələrlə mina probleminin həllilə bağlı danışıqlar aparacaq

80127

İyunun 20-dən 22-dək Lüksemburq, Belçika Krallığı və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. 

Bildirilib ki, səfər, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. 

Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış edilməsidir. 
Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına ciddi təhdid və maneədir.

Bu istiqamətdə görülən birgə səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq dəstəyin göstərilməsi Azərbaycanda mövcud mina probleminin humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün bərqərar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin