Təyyarənin "qara qutu"su tapıldı

Hazırda oxunan: Təyyarənin "qara qutu"su tapıldı

8010

Qəzaya uğrayan İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” tipli sərnişin təyyarəsinin “qara qutu”su aşkarlanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bundan öncə xilasedicilər Yava dənizində 23 metr dərinlikdə təyyarənin qəza nəticəsində düşdüyü yeri tapıblar.

Qeyd edək ki, göyərtəsində 6 heyət üzvü və 56 sərnişin olan təyyarə dünən Cakarta aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radardan itib, daha sonra Laki adası yaxınlığında dənizə düşüb. Təyyarə qəza barədə siqnal verməyib.

Qəzanın səbəbi hələki məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin