İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödəniləcək.
MÖVZU İLƏ BAĞLI:
Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA
Bizim.Media xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin Kollegiyasının “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tələb 8 yanvar 2021-ci ildən qüvvəyə minib.
Bizim.Media