MEDİA müsabiqə elan etdi

Hazırda oxunan: MEDİA müsabiqə elan etdi

80077

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib. 

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib. 

Müsabiqədə iştirak üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Medianın İnkişafı Agentliyinə təqdim olunur.  

Müsabiqənin əsas şərti müsabiqə elan edilən günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir. 
Jurnalist müsabiqə elan edilən günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir: 

– ən yaxşı reportaj; 

– ən yaxşı ictimai-siyasi təhlil; 

– ən yaxşı sosial-iqtisadi təhlil; 

– ən yaxşı müsahibə; 

– ən yaxşı mədəniyyət materialı; 

– ən yaxşı köşə yazısı; 

– ən yaxşı jurnalist araşdırması; 

– ən yaxşı oçerk. 

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir: 

– ən yaxşı ictimai-siyasi reportaj; 

– ən yaxşı iqtisadi reportaj; 

– ən yaxşı sosial reportaj; 

– ən yaxşı mədəniyyət reportajı; 

– ən yaxşı idman reportajı. 

Materialların qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.  
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.  

Müsabiqəyə müraciətlərin qəbulu iyulun 1-i saat 18:00-dək davam edəcək. 

Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin