İsraildə koronavirusun 7-ci dalğası başladı

Hazırda oxunan: İsraildə koronavirusun 7-ci dalğası başladı

79983

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeni, yeddinci dalğasının başladığını bəyan edib.

Bizim.Media İsrail mətbuatına istinadla xəbər verir ki, xəstəxanalarda koronavirus şöbələri yenidən açılır, karantin tədbirlərinin sərtləşdirilməsi istisna olunmur.

Yerli newsru.co.il portalı Səhiyyə Nazirliyinə istinadla yazır ki, hazırda 47 min nəfər COVID-16 virusuna yoluxub, 572 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur.

Pandemiyanın başlanğıcından bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb, yoluxanlardan 10,8 min nəfəri həyatını itirib.

Portalın məlumatına görə, Səhiyyə Nazirliyi hələlik qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejiminə qayıtmaqda israr etmir, lakin sakinlərə hər halda maska taxmaq tövsiyə olunur.

Ölkədə xəstəxanalarda, poliklinika və apteklərdə, yaşlı insanların olduğu müəssisələrdə maskadan istifadə məcburidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin